AZ

“Apple” ABŞ-də istehsala daha $100 milyard sərmayə qoyur

“Apple” ABŞ-də istehsala daha 100 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Söhbət təkcə cihazların yığılmasından deyil, həm də əsas komponentlərin istehsalından gedir. “Bloomberg” yazır ki, Tramp bununla bağlı Ağ Evdə şirkətin baş direktoru Tim Kukun iştirakı ilə bəyanat yayıb.

Xatırladaq ki, daha əvvəl “Apple” ABŞ-yə 500 milyard dollar sərmayə qoyacağını açıqlamışdı. Lakin şirkətin istehsalı o qədər böyükdür ki, hətta yekun rəqəm onun tamamilə ABŞ-yə köçürüləcəyini deməyə əsas vermir. Hazırda ABŞ-də satılan iPhone-ların əksəriyyəti Trampın tariflər və Rusiya neftinin alınması ilə bağlı mübahisə etdiyi Hindistandan gətirilir.

Tim Kuk yaxşı münasibətdə olduğu ABŞ administrasiyasından tarif güzəştlərinə nail olmağa çalışır. Bəzi hesablamalara görə, tamamilə “amerikan” iPhone-un qiyməti 3 min dollara yaxın olacaq.

Seçilən
10
28
banker.az

10Mənbələr