EN

bp BTC-də əsaslı xərclərini 12 milyon dollardan çox artırıb

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşlarıBakı-Tibilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsaitxərcləyib.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü iləmüqayisədə müvafiq olaraq 10,5 milyon dollar (14,9%) az, 12,3milyon dollar (69,5%) çoxdur.

Qeyd edilib ki, cari ilin ilk altı ayı ərzində BTC vasitəsiləixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel)xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib vəyola salınıb.

“1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyunayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək buboru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən4,6 milyard barel) xam neft nəql edilib və Ceyhanda 6007 tankerəyüklənərək dünya bazarlarına göndərilib.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhanterminalında 145 tankerə yüklənmiş və yola salınıb”, - məlumatdaqeyd edilib.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL(8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU(3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%)şirkətləridir.

Chosen
106
az.trend.az

1Sources