EN

Novosibirskdə zabiti zəhərləmək istəyən yeniyetmələrin sui qəsd cəhdi kameraya düşdü

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Novosibirsk vilayətində yetkinlik yaşına çatmamış iki oğlan rusiyalı zabiti zəhərləməyə cəhd edib və sui-qəsdə cəhd anı kameralara düşüb.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, müvafiq kadrları Rusiya İstintaq Komitəsinin "Telegram" kanalı dərc edib.

Videokadrlarda kapüşonlu gödəkçə geyinmiş və üzlərində sarğı, əllərində əlcək olan iki yeniyetmə "Nissan Juke" avtomobilinin üzərinə nəsə çəkirlər, daha sonra zibil qutusuna yaxınlaşaraq pambıq çubuğa bənzər əşyanı, eləcə də əlcəkləri atırlar.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirildiyinə görə, avtomobil rusiyalı zabitə məxsusdur. İddia edilir ki, yeniyetmələr pul mükafatı müqabilində onun qətli ilə bağlı internetdə Ukrayna xüsusi xidmətlərindən sifariş alıblar. Həmçinin ukraynalılardan insan öldürməyə qadir olan güclü zəhərli kimyəvi maddələr olan qablar əldə ediblər və zəhəri maşının qapısının dəstəyinə və yan güzgüyə vurublar.

Hazırda hər iki yeniyetmə saxlanılıb və nəzarətə götürülüb. Rusiya İstintaq Komitəsi iki yeniyetməyə qarşı kimyəvi maddələrdən istifadə edərək hərbçini öldürməyə hazırlıq üzrə ittiham irəli sürüb.

Novosibirskdə zabiti zəhərləmək istəyən yeniyetmələrin sui-qəsd cəhdi kameraya düşdü

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
79
8
oxu.az

9Sources