AZ

Sui qəsdə məruz qalan prezidentliyə namizəd vəfat edib

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu ilin iyun ayında sui-qəsdə məruz qalan Kolumbiya prezidentliyinə namizəd, senator Migel Uribe dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, senator iyun ayında Boqotada xalq qarşısında çıxışı zamanı hücuma məruz qalıb və başından güllə yarası alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Həmin şəxs senatora yaxınlaşaraq təxminən altı dəfə atəş açıb. Səlahiyyətlilər hücumda başqa şəxslərin əli olub-olmadığını araşdırırlar.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən senatorun vəziyyətinin ağır olduğu bildirilirdi.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
8
525.az

9Mənbələr