EN

Dünya şöhrətli fotojurnalist Reza Deqatiyə medal təqdim olunub

Bakı. Trend:

Dünya şöhrətli fotojurnalist Reza Deqatiyə təltif olunduğu“Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.

Mükafat Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər ƏliyevFondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən DiasporGənclərinin VI Yay Düşərgəsinin mərasimində təqdim olunub.

Mükafatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovvə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərəvə Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov təqdimediblər.

Komitə sədri məşhur fotojurnalist Reza Deqatinin uzun illərdirAzərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıistiqamətində apardığı misilsiz fəaliyyətini yüksəkqiymətləndirib.

Tanınmış fotoqraf bu mükafatı almaqdan qürur duyduğunu vəAzərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıistiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyinibildirib.

Qeyd edək ki, Azərbaycan əsilli fransız fotoqraf Qarabağhəqiqətlərinin, Xocalı soyqırımı kimi faciələrin sənədli fotolarlabeynəlxalq arenaya təqdim olunmasında əvəzsiz rol oynayıb.

Chosen
38
1
az.trend.az

2Sources