EN

“Çin kütləvi qırğın silahlarının yayılmasının qəti əleyhinədir” - Qenq Şuanq

Yazını böyüt
Yazını kiçilt

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq kütləvi qırğın silahlarının (KQS) yayılmaması məqsədinə nail olmaq üçün nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun qorunmasının vacibliyini vurğulayıb.

Hafta.az-ın yazdığına görə, Çin diplomatı BMT Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmamasına həsr olunmuş iclasında bildirib ki, bütün ölkələrin elmi-texniki tərəqqinin bəhrələrindən istifadə etmək qanuni hüququ var.

Onun sözlərinə görə, nüvə silahının yayılmaması məqsədlərinə nail olmağa çalışarkən beynəlxalq ictimaiyyət inkişaf etməkdə olan ölkələrin nüvə enerjisindən dinc məqsədlər üçün istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək öhdəliyini götürməlidir.

Qenq Şuanq deyib: "Nüvə silahlarının yayılmaması qlobal təhlükəsizlik idarəçiliyi məsələsidir və çoxtərəfliliyə və geniş beynəlxalq iştiraka əsaslanan qlobal həllər tələb edir. Beynəlxalq ictimaiyyət ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasına riayət etməli, regional və beynəlxalq təhlükəsizlik üçün əlverişli şərait yaratmalı, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarını nəzərə almalı, silahların yayılmasının əsas amillərini aradan qaldırmalı və ümumi təhlükəsizliyi təmin etməlidir", - Çinin BMT-dəki daimi nümayəndəsinin müavini deyib.

Qenq Şuanq vurğulayıb ki, Çin kütləvi qırğın silahlarının yayılmasının qəti əleyhinədir və qlobal yayılmama rejiminə və BMT Təhlükəsizlik Şurasının 1540 saylı Qətnaməsinin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, Çin beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirir və bu sahədə beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Nümayəndə əlavə edib ki, Çin BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsini effektiv şəkildə yerinə yetirmək, beynəlxalq silahların yayılmaması sistemini gücləndirmək, nüvə silahlarının yayılmaması ilə bağlı qlobal idarəetməni gücləndirmək və beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına mühüm töhfələr vermək üçün bütün tərəflərlə işləməyə davam edəcək.

Chosen
32
1
hafta.az

2Sources