EN

Yaponiyaya məxsus F2 qırıcısı Sakit okean üzərində qəzaya uğrayıb

Yaponiya Özünümüdafiə Qüvvələrinə aid F2 tipli qırıcı təyyarə Tokio ilə həmsərhəd olan İbaraki prefekturasının yaxınlığında, Sakit okean üzərində qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin ictimai yayımçısı NHK məlumat yayıb.

İlkin məlumatlara əsasən, təyyarənin ekipaj üzvləri xilas edilib.

Qəzanın səbəbləri və digər təfərrüatlar barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, F2 qırıcıları Yaponiya ilə ABŞ-ın birgə layihəsi əsasında istehsal olunan çoxməqsədli döyüş təyyarələridir və ölkənin hava məkanının müdafiəsində mühüm rol oynayır. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Chosen
64
1
operativmm.az

2Sources