EN

“Sovetski”də söküntü işlərinə başlanıldı (ÖZƏL)

Bakı. Trend:

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski”kimi tanınan ərazidə istismar müddətini başa vuran, qəzalıvəziyyətdə olan, şəhərinin estetik görünüşünə xələl gətirənbinaların söküntüsünə start verilib.

Trend-in əldəetdiyi məlumata görə, həm sakinlərin təhlükəsizliyi, həm dəşəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün dahasəmərəli və faydalı layihələrin reallaşdırılmasına zəminyaradır.

Mərkəzi Parkın bu günədək istifadəyə verilən üç hissəsisayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb.

Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcəestetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır.

Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılan bu müasirpark həm yerli əhali, həm də şəhərin qonaqlarının rəğbətiniqazanıb.

Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha dagenişləndirilməsi, yeni yaşıllıq zolaqlarının salınması, bir sırasosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi vəşəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmətedir.

Chosen
27
26
az.trend.az

10Sources