EN

Bu sürücü tərsinə hərəkət edir; qırmızıda sürür, yaşılda dayanır VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Bakıda qaydaları pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 29-da, paytaxtın Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 77-YF-614 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü qırmızı işığın yanmasına əhəmiyyət verməyərək kəsişmə yerinə daxil olub. Daha sonra geriyə hərəkət edərək həm piyadaya təhlükə yaradıb, həm də keçidin üzərində dayanıb. Maraqlısı budur ki, yaşıl işıq yandıqdan sonra isə digər avtomobillər hərəkətə başlasa da, bu sürücü əksinə, yerində dayanaraq sıxlığa səbəb olub.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
avtosfer.az

1Sources