EN

Böyük Britaniyanın Birminqem hava limanında uçuşlar müvəqqəti dayandırılıb

London, 6 avqust, AZƏRTAC

Böyük Britaniyanın Birminqem hava limanında baş verən insidentlə əlaqədar uçuşlar müvəqqəti dayandırılıb, hava limanının uçuş-enmə zolağı bağlanıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisənin dəqiq təfərrüatları hələlik açıqlanmayıb.

Uçuşları planlaşdırılan sərnişinlərə hava limanına yollanmamışdan əvvəl reyslərinin statusunu yoxlamaları tövsiyə olunub.

 

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
138
50
azertag.az

10Sources