AZ

Britaniyanın məşhur çimərliyinə giriş bağlanıb

Böyük Britaniyanın məşhur çimərliklərindən biri hesab edilən və BBC-nin məşhur “Poldark” serialında nümayiş etdirilən Kornuoldakı Pedn Vounder çimərliyinə giriş təhlükəsizlik səbəblərinə görə məhdudlaşdırılıb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Kornuolda yerləşən və füsunkar mənzərəsi, şəffaf firuzəyi suları ilə tanınan bu sahilə gedən yol “National Trust” fondu tərəfindən bağlanıb.

Adətən yay mövsümündə turistlərlə dolu olan bu sakit çimərliyə aparan uçurum yolunun girişinə qırmızı xəbərdarlıq lövhəsi qoyulub. Bildirilib ki, yolun bəzi hissələri eroziya nəticəsində dağılıb, dik yamaclar yaranıb və sahilə eniş isə təxminən altı metrlik şaquli qayadan ibarət olub. Buna görə də insanların təhlükəsizliyinə görə, giriş müvəqqəti dayandırılıb.

Seçilən
18
50
yeniazerbaycan.com

10Mənbələr