Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos ilə görüş keçirib.
Viral.az/” target=”_blank”>Viral.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.
Məlumata görə, görüşdə Ermənistan-Aİ əməkdaşlıq gündəliyi və iyulda Brüssel və Lüksemburqda əldə olunan razılaşmaların icrası müzakirə olunub. Tərəflər regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Son Yazılar:
- Mher Qriqoryan Avropa İttifaqının Ermənistandakı səfiri ilə görüşdü
- İraqın Türkiyəyə neft ixracı bərpa olunur
- Ombudsman hərbçilərin minaya düşməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış etdi
Bildirilib ki, onlar iqtisadi əlaqələrin şaxələndirilməsinin və regionda davamlı inkişafın vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin, Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində aparılan danışıqlar da gündəmə gəlib.