ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayon Saray qəsəbəsində yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, yanğın Rəsul Rza küçəsindəki elektrik yarımstansiyasında baş verib.
Məlumata görə, əraziyə FHN-in yanğınsöndürən briqadaları və canlı qüvvəsi cəlb olunub.
Yarımstansiya tamamilə yanaraq külə dönüb. Amma ətrafdakı yaşayış obyektlərinə ziyan dəyməyib.
Hadisə yerində olan əməkdaşımızın məlumatına görə, yanğın artıq söndürülüb.
https://konkret.az/cloud/uploads/2025/08/WhatsApp-Video-2025-08-06-at-16.45.15.mp4
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.