Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Gürcüstanın Batumi şəhərində qəfil vəfat edən Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun harada dəfn ediləcəyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Arif Məmmədovun nəşi Gəncə şəhərində dəfn olunacaq.
Federasiya prezidentinin nəşi avqustun 6-dan 7-nə keçən gecə saat 02:00-da Heydər Əliyev adına Beynəlxalq Aeroporta gətiriləcək, oradan isə Gəncə şəhərinə yola salınacaq.
***
Xəbər verdiyimiz kimi, Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanın Batumi şəhərində qəfil vəfat edib.
Avtosfer.az xəbər verir ki, Modern.az hadisənin təfərrüatlarını öyrənmək üçün Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayevlə əlaqə saxlayıb.
Füzuli Musayevin verdiyi məlumata görə, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib.
Lakin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib.
"İlkin diaqnoza əsasən, həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildiriblər. Vəziyyəti sürətlə ağırlaşdı və komaya düşdü. Biz onu Türkiyədəki xəstəxanalardan birinə təxliyə etməli olduq", - deyə Füzuli Musayev bildirib.
Vitse-prezidentin sözlərinə görə, o, həmin vaxt Arif Məmmədova görə xəstəxana ilə mütəmadi əlaqə saxlayıb, lakin hələlik ölümə səbəb olan konkret tibbi diaqnoz barədə dəqiq məlumat əldə olunmayıb.
Qeyd edək ki, Arif Məmmədov daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.
***
Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.
Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.