AZ

Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Yenilənib

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə federasiyadan məlumat verilib.

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.

***

A.Məmmədovun ölümü ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev bildirib ki, Arif Məmmədov Batumiyə tələbələrinin qatıldığı karate yarışı ilə bağlı səfər edib. Lakin səfər zamanı səhhətində qəfil problemlər yaranıb və təcili şəkildə xəstəxanaya yerləşdirilib: “İlkin diaqnoza əsasən, həkimlər ciyərlərində buzlaşma (hipotermiyaya bənzər pnevmoniya prosesi - red) getdiyini bildiriblər. Vəziyyəti sürətlə ağırlaşdı və komaya düşdü. Biz onu Türkiyədəki xəstəxanalardan birinə təxliyə etməli olduq”.

Vitse-prezidentin sözlərinə görə, o, həmin vaxt Arif Məmmədovla eyni xəstəxanada olub, lakin hələlik ölümə səbəb olan konkret tibbi diaqnoz barədə dəqiq məlumat əldə olunmayıb.



Seçilən
82
9
qafqazinfo.az

10Mənbələr