EN

Zəngəzur dəhlizi Vaşinqtonda təhvil veriləcək Ambaryan

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zəngəzur dəhlizinin təhvil verilməsi Vaşinqtonda baş tutacaq.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan deyib.

Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Trampla görüş üçün Vaşinqtona səfər edəcək.

“Tramp Vaşinqtonda onu hansısa sənədi imzalamağa məcbur edəcək, amma ən əsası odur ki, Zəngəzur dəhlizi təhvil veriləcək”, - Ambaryan qeyd edib.

Politoloq əlavə edib ki, bundan sonra dəhlizə nəzarət Azərbaycan və Türkiyəyə keçəcək:

“Qərb, xüsusən ABŞ və Fransa bunda maraqlıdır”.

Qeyd edək ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə görüşü 8 avqustda olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
4
axar.az

5Sources