Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın yer aldığı qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Oxu.Az xəbər verir ki, UEFA dörd referiyə təyinat göndərib.
Orest Dutsiak (Ukrayna), Qonsalo Felipe Santos Duarte (Portuqaliya), Vladimir Sebek (Monteneqro), Aleksandar Vangelov (Bolqarıstan) iş başında olacaq.
Hakim-inspektor funksiyasını isə Talal Daravşi yerinə yetirəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Avqustun 27-də Şimali İrlandiyanın "Sparta Belfast", ertəsi gün Şotlandiyanın "PYF Saltires", avqustun 30-da isə Avstriyanın "Ljuti Krajişniçi" komandaları rəqib olacaq. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.