Şagird xarici ölkədən gəldiyi halda onun Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində yerdəyişməsi şagird üçün müvəqqəti ÜTİS kodu alındıqdan sonra sy.edu.az portalı vasitəsilə aparılır.Bu barədə Metbuat.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bütün ümumi təhsil müəssisələri tərəfindən şərti ÜTİS kodu verilə bilir.