Xarici ölkədən gələn şagirdlərin Azərbaycanın ümumi təhsil müəssisələrində yerdəyişməsi onlar üçün ayrılan müvəqqəti ÜTİS kodu alındıqdan sonra sy.edu.az portalı vasitəsilə aparılır.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bütün ümumi təhsil müəssisələri tərəfindən şərti ÜTİS kodu verilə bilir.