EN

Eynşteyn və Bor mübahisəsi həll olundu: ALİMLƏR

MIT alimləri Eynşteynin yanıldığını sübut edən yeni təcrübə apardılar.

QHT.az xəbər verir ki, MIT tədqiqatçıları məşhur ikiqat yarıq təcrübəsini bu günə qədərki ən ideallaşdırılmış formada həyata keçirərək, işığın dalğa və hissəcik təbiəti ilə bağlı yeni nəticələr əldə ediblər.

Təcrübə zamanı ultra soyuq atomlar lazerlərlə sabitlənərək “yarıq” funksiyası daşıyıb və zəif işıq şüası bu atomlar arasından keçib. Nəticədə, işıq kvant mexanikasının proqnozlarına tam uyğun davranış göstərib və Eynşteynin bu sahədəki fərziyyələrinin doğru olmadığını bir daha sübut edib.

Tədqiqatçılar fotonlar və atomlar arasında yaranan kvant korrelyasiyalarının işığın davranışını müəyyən etdiyini vurğulayıblar. Fizika üzrə Nobel mükafatı laureatı Volfqanq Ketterle qeyd edib ki, bu yanaşma ikiqat yarıq təcrübəsinin yeni və daha dərin izahını təqdim edir.

 

R.İmanov

Chosen
18
qht.az

1Sources