EN

Hindistanda sel və torpaq sürüşmələri 4 nəfərin ölümünə, 100 ə yaxın insanın itkin düşməsinə səbəb olub

Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanın Uttarakhand ştatında baş verən güclü yağışlar ciddi fəlakətlə nəticələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Hindustan Times"-a istinadən xəbər verir ki, ştatın Dharali bölgəsində leysan yağışlardan sonra yaranan sel və torpaq sürüşmələri azı 4 nəfərin həyatına son qoyub, 100-ə yaxın insan isə itkin düşüb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Yerli rəsmilər təbii fəlakəti "ciddi" adlandıraraq bildiriblər ki, itkin düşənlər arasında xilasedici ordu qüvvələrinin 11 əməkdaşı da olub, onlardan ikisi artıq sağ tapılıb.

Sel nəticəsində onlarla ev və yaşayış yeri dağılıb, bölgənin bir çox hissəsində təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Rəsmilər əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb və ətraf ərazilərə təcili yardım və dəstək qüvvələri yönəldilib.

Təbii fəlakətin miqyasını qiymətləndirmək və zərərçəkənlərə yardım göstərmək məqsədilə dövlət orqanlarının işi gücləndirilib. Hazırda bölgədə hava şəraiti hələ də qeyri-sabit olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
operativmm.az

2Sources