EN

Qəbələdə meşədə köməksiz qalan şəxs xilas edildi - VİDEO

Qəbələdə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Bu barədə Ulusum.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü İbişov Elşən Sevdiyar oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Diqqət Çəkənlər

Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri

Makron arvadı haqda susmaq müqabilində Trampla "saziş" bağladı

Ərdoğan yaxın vaxtlarda Ukraynaya səfər edə bilər

Chosen
53
30
ulusum.az

10Sources