EN

FT: Uitkoff Moskvadan əli boş qayıtsa Tramp qəzəblənəcək

Ağ Ev: Putin atəşi dayandırmasa, sərt sanksiyalar tətbiq olunacaq...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp öz xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvadan əli boş qayıtması halında qəzəblənəcək. Bu barədə Financial Times nəşri məlumat yayıb.

“Hamısı Uitkoffun nə ilə qayıdacağından asılıdır. Əgər Uitkoff tamamilə əli boş, heç nə ilə qayıtsa, Tramp qəzəbdən partlayacaq”, — deyə nəşrin mənbəsi bildirib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli isə açıqlamasında qeyd edib ki, əgər Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmağa razı olmasa, Tramp sərt sanksiyalar tətbiq edəcək.

Xatırladaq ki, 6 avqustda Uitkoff Rusiya rəhbərliyi ilə görüşlər keçirmək üçün Moskvaya gəlib. Onu Vnukovo hava limanında Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Uitkoffun Moskvaya səfəri Vaşinqtonun Ukraynada atəşkəslə bağlı verdiyi ultimatuma iki gün qalmış baş tutub. Tramp daha əvvəl bildirmişdi ki, sülh prosesində irəliləyiş əldə olunmasa, yeni sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalar təkcə Moskvaya deyil, həm də beynəlxalq təzyiqlərə baxmayaraq Rusiya enerji resurslarını almaqda davam edən ticarət tərəfdaşlarına da şamil ediləcək.

Poliqon.info

Chosen
57
50
poliqon.info

10Sources