"Aston Villa"nın hücumçusu Olli Votkins həm "Mançester Yunayted", həm "Nyukasl" üçün B planıdır.
Offsideplus.az xəbər verir ki, hər iki klub Benjamin Şeşkonu transfer edə bilməsə, ingilis hücumçuya yönələcək.
Bu barədə "TEAMtalk" məlumat yayıb.
Votkins 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, bu müddətdə 223 oyunda 87 qol vurmağı bacarıb.