EN

Kəlbəcərdə minaya düşən hərbçilərimizin sayı artdı

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb. "Unikal"ın yerli bürosunun məlumatına görə, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

 

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.

 

*** 22:32

 

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

 

APA-nın yerli bürosunun məlumatına görə hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

 

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 6 Avqust 2025, 06:58   
Chosen
36
11
pravda.az

10Sources