EN

Dəhşətli istilərə görə bir çox yer bağlandı

İranda davam edən istilər səbəbindən ölkənin 26 vilayətində bütün dövlət qurumları, məktəblər, universitetlər və təhsil mərkəzləri bağlanıb.
ONN media xəbər verir ki, bu barədə “Tehran Tayms” məlumat yayıb.
Qərar enerji istehlakını azaltmaq və elektrik şəbəkəsinin sabitliyini qorumaq məqsədi ilə verilib. İran Elektrik Şəbəkələrinin İdarəetmə Şirkətinin məlumatına görə, ölkədə elektrik istehlakı 77 min meqavatı ötüb.
Bank və təcili xidmətlər istisna olmaqla, digər sahələr fəaliyyətini dayandırıb.
Chosen
19
2
onn.az

3Sources