EN

Ayasofya məscidində yanğın cəhdi - Namazdan sonra kağızları yandırmağa çalışdı

Türkiyənin Ayasofya məscidində yanğın törətmək cəhdi qeydə alınıb.

Far.Az xəbər verir ki, hadisə axşam namazından sonra baş verib.

Namazdan sonra məscidə daxil olan şəxs rahilənin (Qurani-Kərim oxunan taxta dayağın) arxasında yerləşən kağızları alışdıraraq yanğın çıxarmağa çalışıb.

Hadisəyə dərhal müdaxilə edən məscidin imamı alovu böyümədən söndürüb.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Şübhəli şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
96
50
far.az

10Sources