Rusiyanın Primorye bölgəsində körfəzdə kater yanıb, daha sonra batıb.
APA yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb
Hazırda hadisə ilə bağlı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.
Hadisə ilə bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb.
Rusiyanın Nəqliyyatda İstintaq Komitəsinin məlumatına görə, yanan şəxsi katerdə dörd nəfər olub, lakin onların heç biri xəsarət almayıb.