EN

Londonda “Samsung”un 9 milyon yarımlıq məhsulu oğurlandı

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Londonda içərisində 12 min “Samsung Galaxy” smartfonu olan TIR oğurlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hitrou hava limanı yaxınlığında baş verib.

Məlumata görə, oğurlanan qurğular arasında yeni nəsil “Galaxy Z”, “Fold7” və “Z Flip7” modelləri var.

Yük maşınındakı əşyaların ümumi dəyərinin təxminən 9,6 milyon dollar olduğu təxmin edilir.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb və bildirilib ki, oğurlanmış yük maşını artıq tapılıb. Lakin içərisindəki cihazların aqibəti naməlum olaraq qalır.

Qeyd edək ki, oğurlanan cihazların böyük qismini “Samsung” cəmi bir neçə həftə əvvəl təqdim etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
2
qafqazinfo.az

3Sources