EN

"ExxonMobil" 10 illik fasilədən sonra Liviyadakı fəaliyyətini bərpa edəcək

ABŞ-nin neft-qaz korporasiyası "ExxonMobil" 10 illik fasilədən sonra Liviyadakı fəaliyyətini bərpa edəcək.

"Report" xəbər verir ki, bu barədə korporasiya ilə anlaşma memorandumu imzalayan Liviya Milli Neft Korporasiyasının (MNK) sosial media hesabında məlumat paylaşılıb.

"Memorandumun əsas müddəaları şirkətin şimal-qərb sahillərində və Sirt hövzəsində yerləşən dörd dəniz blokunun ətraflı texniki tədqiqinə aiddir", - məlumatda deyilir.

Memorandumun həm də MNK ilə Liviyada 10 illik fasilədən sonra fəaliyyətini bərpa etmək istəyən "ExxonMobil" arasında əməkdaşlığa və tərəfdaşlığın yenilənməsinə yol açdığı vurğulanır.

Qeyd edək ki, OPEK üzvü olan Liviya Afrikanın ən böyük karbohidrogen ehtiyatlarına malikdir. 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsindən əvvəl Liviya gündə 1,6 milyon barel hasil etməklə dünyanın 12-ci ən böyük neft ixracatçısı idi. 2011-ci ildən bəri yüksək siyasi gərginlik və enerji sektorundakı problemlər səbəbindən Liviyada xarici şirkətlərin mövcudluğu kəskin şəkildə azalıb. Son illərdə Liviya hakimiyyəti xarici şirkətləri geri qaytarmaq və yenilərini əməkdaşlığa dəvət etmək üçün ciddi səy göstərir.

Chosen
32
2
report.az

3Sources