AZ

ExxonMobil 10 illik fasilədən sonra Liviyadakı əməliyyatlarını bərpa edəcək

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-nin neft və qaz korporasiyası ExxonMobil on illik fasilədən sonra Liviyada fəaliyyətini bərpa edəcək.

Banco.az xəbər verir ki, bu barədə ExxonMobil ilə anlaşma memorandumu imzalayan Liviya Milli Neft Korporasiyası məlumat yayıb.

"Memorandumun əsas müddəaları şirkətin şimal-qərb sahillərində və Sirt hövzəsində yerləşən dörd dəniz blokunun ətraflı texniki tədqiqinə aiddir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, OPEC üzvü olan Liviya Afrikanın ən böyük karbohidrogen ehtiyatlarına malikdir. 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsindən əvvəl Liviya gündə 1,6 milyon barel neft hasil etməklə dünyanın 12-ci ən böyük neft ixracatçısı idi. 2011-ci ildən bəri yüksək siyasi gərginlik və enerji sektorundakı problemlər səbəbindən Liviyada xarici şirkətlərin mövcudluğu kəskin şəkildə azalıb. Bir çox müqavilələr dayandırılıb. Son illərdə Liviya hakimiyyəti xarici şirkətləri geri qaytarmaq və yenilərini əməkdaşlığa dəvət etmək üçün çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
banco.az

3Mənbələr