Rus dermatoveneroloq Elvira Hüseyinova sızanağın yaranmasının əsas səbəbinin genetik meyilliklə əlaqədar olaraq dərinin cinsi hormonlara qarşı artmış həssaslıq olduğunu bildirib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə o lenta.ru-ya danışıb.
Hüseyinovaya görə, bu həssaslıq xarici vasitələrlə aradan qaldırıla bilməz.
O, əlavə edib ki, bu problemi həll etmək üçün dərmanlar və müalicə metodları mövcuddur və akne müalicə oluna bilən bir xəstəlikdir.