ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyada havaya qalxan "İberia" aviaşirkətinə məxsus təyyarəyə leşyeyən qartal çırpılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Madrid səmasında baş verib.
Nəticədə təyyarənin burun hissəsi və mühərriklərindən biri ciddi zədələnib. Parisə uçmalı olan təyyarə 20 dəqiqə sonra geri - Madrid aeroportuna qəza enişi edib.
Qeyd edək ki, göyərtədə olan 180 sərnişindən və ekipaj üzvlərindən xəsarət alan olmayıb.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.