EN

“Qarabağ” – “Şkendiya” oyununun biletləri satışa çıxarılır

“Qarabağ” – “Şkendiya” oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Chosen
17
49
afn.az

10Sources