Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 05.08.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Son Yazılar:
- Bəzi ərazilərin qazı KƏSİLƏCƏK
- Qəbələdə qəzaya düşən ərəb helikopterlə Bakıya gətirildi
- Hindistan Trampın hədəsinə cavab VERDİ
Təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V.Əliyev, X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.