İtaliyada Çinə bağlı mafiya qruplarına qarşı əməliyyatlarda 13 nəfər həbs olunub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, sözügedən şəxslər insan alveri və narkotik biznesində, həmçinin soyğunçuluqda ittiham olunur. Daha 31 nəfər barəsində araşdırma prosesi başladılıb. Polisin məlumatına görə, çinli mafiya qrupları pul köçürmə əməliyyatları üçün “Hawala” ödəniş sistemindən idarə edirlər və İtaliyada digər cinayətkar qruplaşmalarla təsir dairələrini bölüşdürmək üçün daim əlaqə saxlayırlar.