EN

BMT əməkdaşlarının 20%-ni ixtisar etməyi planlaşdırır

BMT ABŞ-ın maliyyə yardımını dayandırmasından sonra ciddi ixtisarlara hazırlaşır.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın büdcəsinin təxminən 700 milyon dollar azaldılmasını və əməkdaş sayının 20% ixtisarını planlaşdırır.

Bu addım ABŞ-da Donald Tramp administrasiyasının mövqeyini dəyişərək BMT-yə maliyyə ayırmalarını dayandırması ilə əlaqələndirilir.

İxtisarlar yalnız BMT-nin mərkəzi strukturunu deyil, həmçinin təşkilatın humanitar və sülhməramlı missiyalar daxil olmaqla sahə proqramlarını da əhatə edəcək.

Chosen
35
9
konkret.az

10Sources