EN

Patrik Şik "Bayer"lə müqaviləsini 2030-cu ilə qədər uzadıb

Çexiyalı hücumçu Patrik Şik Almaniyanın "Bayer Leverkuzen" klubu ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Yeni müqaviləyə əsasən, 29 yaşlı futbolçu 2030-cu ilin yayına qədər Leverkuzen təmsilçisinin şərəfini qoruyacaq.

2024/2025 mövsümündə Patrik Şik bütün turnirlərdə ümumilikdə 45 oyuna çıxıb, 27 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına əsasən, onun bazar dəyəri 27 milyon avrodur.

Qeyd edək ki, "Bayer" ötən mövsüm Bundesliqada mövsümü 69 xalla ikinci pillədə tamamlayıb. Komanda yeni mövsümə 15 avqustda Almaniya Kubokunun "Zonnenhof Qrossaspax"la oyunu ilə başlayacaq.

Chosen
48
90deqiqe.az

1Sources