EN

Luka Yoviç Yunanıstan klubuna keçir

Serbiyalı hücumçu Luka Yoviç karyerasını Yunanıstanda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu AEK ilə razılıq əldə edib. Yunanıstan təmsilçisi təcrübəli futbolçu ilə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

O, müqaviləsi "Milan"la başa çatdıqdan sonra azad agent kimi Yunanıstan klubuna qoşulacaq. 

Yoviç "Milan"da 2023-cü ildən çıxış edirdi. Klubun heyətində ümumilikdə 47 oyuna çıxaraq 13 qola imza atıb. Ötən mövsüm A Seriyası və İtaliya Kubokunda 17 matçda iştirak edən hücumçu 4 dəfə fərqlənib.

"Transfermarkt" portalına görə, 26 yaşlı futbolçunun bazar dəyəri 4,5 milyon avrodur.

Chosen
15
90deqiqe.az

1Sources