Serbiyalı hücumçu Luka Yoviç karyerasını Yunanıstanda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu AEK ilə razılıq əldə edib. Yunanıstan təmsilçisi təcrübəli futbolçu ilə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
O, müqavilÉ™si "Milan"la baÅŸa çatdıqdan sonra azad agent kimi Yunanıstan klubuna qoÅŸulacaq.Â
Yoviç "Milan"da 2023-cü ildən çıxış edirdi. Klubun heyətində ümumilikdə 47 oyuna çıxaraq 13 qola imza atıb. Ötən mövsüm A Seriyası və İtaliya Kubokunda 17 matçda iştirak edən hücumçu 4 dəfə fərqlənib.
"Transfermarkt" portalına görə, 26 yaşlı futbolçunun bazar dəyəri 4,5 milyon avrodur.