EN

Ərdoğanla Starmer arasında telefon danışığı oldu

BAKI, 4 avqust. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Key Starmerlə telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Telefon danışığında Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada humanitar vəziyyətin kritik həddə çatdığını və buna biganə qalmamağın bir insanlıq borcu olduğunu deyib.

Chosen
14
2
teleqraf.com

3Sources