EN

Böyük Britaniya Azərbaycana 5 milyardlıq kredit zəmanəti verir “Silk Way West Airlines” üçün simulyator alınıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin aprel ayında Londonda keçirilən 7-ci Böyük Britaniya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində mühüm maliyyə sazişi imzalanıb. Böyük Britaniyanın İxrac Kredit Agentliyi (UKEF) Azərbaycan üçün 5 milyard funt-sterlinq həcmində kredit zəmanət mexanizmini həyata keçirmək üzrə razılığa gəlib. 

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “AzPolitika"-ya verilən məlumatda bildirilir.

Məlumata görə, UKEF-in Azərbaycandakı ilk razılaşması artıq rəsmiləşib. “Silk Way West Airlines” şirkəti bu çərçivədə agentliyin birbaşa kredit imkanından yararlanaraq tam miqyaslı “Boeing 777” uçuş simulyatoru əldə edib.

Yeni nəsil simulyator Böyük Britaniyanın “L3Harris Commercial Aviation Solutions” şirkəti tərəfindən istehsal olunub. Bu avadanlıq üç fərqli “Boeing 777” modelini əhatə edir və tələbələrə olduqca real təlim təcrübəsi təqdim edir. Simulyator Azərbaycan Milli Aviasiya Akademiyasının təlim potensialını ciddi şəkildə gücləndirəcək.

Səfirliyin açıqlamasında bildirilir: “Azərbaycanın coğrafi mövqeyi və qlobal aviasiyada artan strateji rolu fonunda, UKEF vasitəsilə Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur”.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
azpolitika.info

1Sources