EN

Dünyanın ən bahalı şəhəri dəyişmədi: Zirvədə yenə...

"Julius Baer" bankının hesabatına görə, milyonerlər üçün dünyanın ən bahalı şəhəri yenə də Asiyanın maliyyə mərkəzi olan Sinqapur seçilib.

News24.az xəbər verir ki,  Monako, Dubai və Zürih kimi varlı şəhərlər siyahıda yuxarı yerlərdə olsa da, liderlik dəyişməyib.

Ən bahalı 10 şəhər siyahısında Avropa və Asiya şəhərləri üstünlük təşkil edir. Siyahı belədir:

1. Sinqapur

2. London

3. Honq Konq

4. Monako

5. Zürih

6. Şanxay

7. Dubai

8. Nyu-York

9. Paris

10. Milan

London şəhərində iqtisadi və siyasi böhranlar olmasına baxmayaraq, ikinci yerdə qalması diqqət çəkir. Hesabat həmçinin göstərir ki,  varlıların  xərcləri artmağa davam etsə də, şəhərlərin gəliri əvvəlki illərə nisbətən yavaşlayıb. Xüsusilə Avropada bu azalma daha çox hiss olunur, bu da iqtisadi qeyri-müəyyənliklərin təsirindən xəbər verir.

Beləliklə, milyonerlərin yaşaması üçün ən bahalı şəhər mövqeyi dəyişməyib və Sinqapur zirvədə qalır.

Xeyrənsə Piriyeva

Chosen
43
1
news24.az

2Sources