“Qarabağ” bu gün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüb.
Sportinfo.az xəbər verir ki, klubun prezidenti, iş adamı Tahir Gözel də komandayla birgə çarter reysi ilə səfərə gedib.
“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah yerli “Şkendiya” ilə qarşılaşacaq.