EN

İlk 6 ayda neçə stomatoloji klinikada qanun pozuntuları aşkarlanıb? - RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

2025-ci ilin ilk yarısında ölkə üzrə 55 özəl stomatolojiklinikada yoxlamalar aparılıb, 49 klinikada qanun pozuntularıaşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə NazirliyiAnalitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 6-sı planlı və 12-si plandankənarolub.

"Nəticədə 49 klinikada qanun pozuntuları aşkarlanıb, yalnız 6klinika fəaliyyətini mövcud qanunvericiliyə tam uyğun şəkildəhəyata keçirib.

Yoxlamalar zamanı aşağıdakı nöqsanlar və qanun pozuntuları ənçox rast gəlinən hallar:

• Lisenziyasız fəaliyyət – 10 halda
(İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə)
• Lisenziyadan kənar fəaliyyət –8 halda
(İXM 215.1)
• Sertifikatsız fəaliyyət – 5 halda
(İXM 215.4)
• Həm lisenziyasız, həm də sertifikatsız fəaliyyət – 2 halda
(İXM 215.1 və 215.4)
• Lisenziya şərtlərinin pozulması – 24 klinikada.

Aparılan yoxlamaların nəticəsi olaraq “İnzibatı XətalarMəcəlləsi”nə əsasən inzibati protokollar tərtib olunub, lisenziyaşərtləri ilə bağlı nöqsanlara görə rəsmi qərar və bildirişlərverilib, klinikalara nöqsanların aradan qaldırılması üçün müddətverilib".

"AEM vətəndaşlara tövsiyə edir ki, vətəndaşlar özəl tibbmüəssisələrində qanunsuz fəaliyyət, şikayət və ya pozuntularlabağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:

• “Bir pəncərə” sektoru
• Qaynar xətt: (012) 596 05 20
• E-poçt: [email protected]
• Rəsmi sayt: www.pharma.az (“Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurətolduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyatakeçirilir",- məlumatda qeyd edilib.

Chosen
38
3
az.trend.az

4Sources