EN

Bakıda “Kata for All” festivalı keçiriləcək

Avqustun 16–17-də cüdo üzrə milli komandaların Bakıdakı Təlim-Məşq Mərkəzində “Kata for All” kata festivalı keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbir zamanı Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə məşqçilər və gənc idmançılar üçün seminar təşkil olunacaq.

Festival BCF Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd məşqçilərin kata tədrisi bacarıqlarının təkmilləşdirilməsidir.

İdman.biz

Chosen
15
8
idman.biz

9Sources