EN

“Sabah” və "Araz-Naxçıvan"ın da potensial rəqibləri məlum oldu - Yenilənib

style='margin-bottom:10px;'>

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

QOL.az xəbər verir ki, həmin gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənib. Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” - “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” - Sabah” cütü isə səpələnməmişlər səbətində yer alıb. 

“Sabah”  "Levski" cütünün potensial rəqibi "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi olub. 

“Araz-Naxçıvan” - "Omoniya" cütünün üstün tərəfi isə növbəti mərhələdə Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

Qeyd: “Kristal Pelas” FK (İngiltərə) turnirdə iştirakı hazırda davam edən hüquqi proseslərə bağlıdır.

Püşkatma mərasimi saat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.

Chosen
22
3
teleqraf.com

9Sources