EN

“Sabah”ın potensial rəqibi məlum oldu - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılır.

QOL.az xəbər verir ki, həmin gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək. Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” - “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” - Sabah” cütü isə səpələnməmişlər səbətində yer alıb. 

“Sabah”  "Levski" cütünün potensial rəqibi "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi olub. 

Araz Naxçıvan”ın potensial rəqibləri

“Riqa” (Latviya) – “Beitar” Yerusəlim (İsrail) cütünün qalibi

PAOK FK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu (Avroliqa)

“Rusenborq” (Norveç) – “Hammarbü”  (İsveç) cütünün qalibi

“Hekken” (İsveç) – “Brann” (Norveç) cütünün məğlubu (Avroliqa)

Qeyd: “Kristal Pelas” FK (İngiltərə). Turnirdə iştirakı hazırda davam edən hüquqi proseslərə bağlıdır.

Püşkatma mərasimi saat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.

Chosen
21
3
teleqraf.com

9Sources