EN

İsti hava təkcə bədəni yox, ruhu da yorur – Həkimdən vacib xəbərdarlıq!

İsti

Son zamanlar artan iqtisadi çətinliklər, yüksələn temperatur və sosial gərginliklər bir çox insanda psixoloji balanssızlıq yaradıb. Kardio­lojiya üzrə mütəxəssis Dr. Fethi Kılıçaslan bildirib ki, xüsusilə yay aylarında yüksələn temperatur və rütubət stres hallarını artırır, insanın fiziki və ruhi sağlamlığına mənfi təsir göstərir.Həkimin sözlərinə görə, yayda baş verən "istilik stresi" yalnız sadə yorğunluqla bitmir, bu vəziyyət ciddi fəsadlara yol aça bilər. O, bədən temperaturunun yüksəlməsi ilə yaranan bu stressin tərləmə, əsəbilik, yuxusuzluq və təzyiqin düşməsi ilə müşayiət olunduğunu bildirib. Əgər bu vəziyyət vaxtında nəzarətə alınmasa, bədən temperaturu təhlükəli dərəcəyə çata, təzyiq kəskin düşə, huşsuzluq və hətta koma vəziyyəti yarana bilər.Kılıçaslan əlavə edib ki, isti hava yalnız bədənə deyil, psixoloji durumumuza da mənfi təsir göstərir:“Bədən bu yüksək istiliyə həm fiziki, həm də psixoloji olaraq reaksiya verir. İnsanda yuxusuzluq, gərginlik və əsəbilik artır. Ardınca tərləmə, təzyiqin düşməsi və bədəndə su itkisi baş verir. Bu isə artıq günvurma təhlükəsinin ilk əlamətləridir.”Həkim xəbərdarlıq edib ki, orqanizmin özünü soyutmaq qabiliyyəti müəyyən həddə qədər işləyir. Əgər bu sərhəd aşılarsa, həyati təhlükə qaçılmaz olur.Nə etməli?Dr. Kılıçaslan günəşin ən dik olduğu saatlarda (əsasən 11:00-dan 17:00-a qədər) çöldə qalmaqdan çəkinməyi, bol su içməyi, sərin yerlərdə olmağı tövsiyə edir. Əgər bir nəfər günəşin təsirində qalıbsa:Dərhal kölgəyə aparılmalı,Bədəni ilıq su ilə isladılaraq soyudulmalı,Əlləri və üzü yuyulmalıdır.Bu sadə üsullar bədən istiliyini balanslaşdırmaq üçün çox effektivdir.Xüsusilə yaşlılar, ürək-damar xəstələri və xroniki xəstəlikləri olanlar üçün isti hava ikiqat təhlükəlidir. Bu qrupa aid insanlar çöldə mümkün qədər az vaxt keçirməli, sərin şəraitdə qalmalıdır.Ulusum.az

Diqqət Çəkənlər

Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO

Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO

Darçınlı və portağallı alma mürəbbəsi

Chosen
12
ulusum.az

1Sources