EN

David Luis Kipr klubuna keçdi


Braziliya millisinin sabiq futbolçusu, müdafiəçi David Luis Kiprin “Pafos” klubuna keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Məlumata görə, klub keçmiş “Çelsi”, “Arsenal” və PSJ oyunçusu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.
Təcrübəli müdafiəçinin son klubu Braziliyanın “Fortaleza” klubu olub. O, komandanın heyətində 7 oyun keçirib.
Yaxın vaxtlarda Luisin “Pafos”un heyətində Çempionlar Liqasının “Dinamo Kiyev”lə oyununda debüt edəcəyi gözlənilir.
Qeyd edək ki, David Luis karyerası ərzində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə və Fransa çempionatları, həmçinin üç ölkədə ölkə kubokunun qalibi olub.
Chosen
5
yeniavaz.com

1Sources